3D printerdə yarış avtomobilləri çap olunur

3D printerdə yarış avtomobilləri çap olunur
08:37 13 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Mühəndislər "Cupra Leon Competicion" yarış avtomobilinin detallarını 3D printerdə çap etməyə başlayıblar. Mütəxəssislərin fikrincə, bu yenilik istehsalda pula qənaət edəcək.

Onlar avtomobil üçün arxa görünüşlü güzgü korpuslarını, mərkəzi sükan idarəetmə modulunun, kapotun hava giriş dəliyi, radiator barmaqlığını, eləcə də əyləc soyutma sistemlərinin giriş borularının və əsas soyutma sisteminin necə qurulacağını öyrəniblər.

Detallar "HP Jet Fusion 5200" sənaye printerində çap olunur. Bunun sayəsində detalların lazımlı elementlərinin yaradılması prosesi sürətlənir. Bundan əlavə, sınaqlar zamanı ayrı-ayrı hissələrin konfiqurasiyasını dəyişdirmək mümkündür.

3D printerdə çap edilmiş komponentləri olan "Cupra Leon Competicion" avtomobili Portuqaliyanın Portimao yolunda sınaqdan keçirilib. Detalların istehsalının bu kimi üsulunun üstünlükləri aşkar olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR