Məşhur həkimdən valideynlərə ŞOK XƏBƏRDARLIQ: Uşaqlarınıza...

Məşhur həkimdən valideynlərə ŞOK XƏBƏRDARLIQ: Uşaqlarınıza...
08:48 13 Fevral 2020
Ölkə mətbuatı
A- A+

“Əziz valideynlər, uşaqların bağırsağında parazitlik edən qurdlardan ən çox rast gəlinən bizquyruq və askaridadır. Bunlar bir-iki tablet ilə müalicə olunur. Kurs-kurs müalicələr, flakon-flakon acı ot dəmləmələri, klizmalar və hidrokolonoterapiya ilə uşaqları incitməyin”.

Publika.az xəbər verir ki, bu sözləri Uşaq Endokrinoloqu Dr. Nabat Ağayeva-Əlibəyova deyib. Mütəxəssis qeyd edib ki, ishal, yağlı nəcis yoxdursa, lyambliyanı ümumiyyətlə, müalicə etməyə ehtiyac yoxdur. Valideynlərin uşaq sağlamlığında buraxdığı səhvlərdən gileylənən həkim bildirib ki, bircə tablet yazmağına baxmayaraq, uşağa bütün qutunu içirdirlər.

“Valideynlər zövq alır qurd müalicəsi etdirməkdən”, - deyə o, sözlərinə əlavə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/304781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR