Baş məşqçi əngəli - "Barselona"ya

Baş məşqçi əngəli - "Barselona"ya
08:57 13 Fevral 2020
205 İdman
Ölkə mətbuatı
A- A+

"Real Sosyedad"ın hücumçusu Villian Jozenin "Barselona"ya transferi baş tutmaya bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, San Sebastian klubunun baş məşqçisi İmanol Alquasil buna qarşı çıxıb.

Məsələyə münasibət bildirən çalışdırıcı Villianı göndərmək fikrində olmadıqlarını deyib: "Joze ilə bağlı yeni bir xəbərim yoxdur. "Atletik"lə oyunda meydanda idi. Əlbəttə, onun "Real Sosyedad"dan ayrılmayacağına zəmanət verə bilmərəm. Ancaq burada qalacağını düşünürəm. Villian hazırda bizimlədir və bizimlə qalmaq niyyətindədir. Mövsümün sonuna qədər qalacağını təxmin edirəm. Üstəlik, onun sərbəst qalma məbləği 75 milyon avrodur. "Barselona"nın da bu pulu ödəyəcəyinə inanmıram".

Qeyd edək ki, Villian Joze bu mövsüm 22 oyunda 8 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/825485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR