Koronavirusda son durum: 24 saatda 242 nəfər öldü...

Çində yaranan yeni tip koronavirusun mərkəzi olan Hubey əyalətində son 24 saatda ölənlərin sayı 242 nəfər artıb, bu da ölü sayında ən sürətli artımdır.

Metbuat.az "bbc.com"a istinadən xəbər verir ki, 12 fevral "Covid-19" olaraq adlandırılan virusun ən ölümcül günü olaraq qeydə alınıb. Əyalətdə həmçinin son 24 saatda 14 min 840 yoluxma halı təsbit edilib. Bununla da, Hubeydə ümumi yoluxma sayı 48 min 206 olub.

Yoluxma sayının sürətlə artmasına səbəb olaraq diaqnozda istifadə olunan metodların dəyişdirilməsi göstərilir. Belə ki, əyalətdə əvvəllər RNA testlərinin nəticələrinə əsasən diaqnoz qoyulurdu, indi isə kompüter tomoqrafiyası ilə ağciyər görüntülənir.

Hal-hazırkı məlumatlara görə Çində virus səbəbindən ölənlərin sayı 1368, ümumi yoluxma sayı isə 59 min 883-ə bərabərdir. Yoluxanlardan 8 min 209-nun vəziyyəti ağırdır. Bugünə qədər sağalan yoluxma sayı isə 6 min 132-dir.

Çin ordusundən 2 min 600 əsgər virusun yaayıldığı Vuhana göndərilib. Şəhərdə hal-hazırda 4 mindən çox əsgər vəzifə başındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR