Bakıda avtomobil qaçıran şəxs tutuldu

Bakıda avtomobil qaçıran şəxs tutuldu
12:52 13 Fevral 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobil qaçırılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Yasamal Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsinə (PB) müraciət edən Bakı şəhər sakini S.Musayev fevralın 10-da saat 1 radələrində Ş.Qurbanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün B.Məcidov küçəsində tapılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-qaciran-sexs-tutuldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR