Agentlik sədri İmişlidəki zəhərlənmədən danışdı: "Bu onu göstərir ki..."

Agentlik sədri İmişlidəki zəhərlənmədən danışdı: "Bu onu göstərir ki..."
13:03 13 Fevral 2020
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün İmişlidə baş verən zəhərlənmə faktı da onu göstərir ki, insanlar ev şəraitində texnologiyaya düzgün əməl etmədən konserv məhsulu hazırlayırlar.

Publika.az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli ötən gün İmişlidə baş verən zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O əhaliyə müraciət edərək, məhsulları kustar üsulla hazırlayan zaman həddindən artıq diqqətli olmalarını tövsiyə edib.

Q.Təhməzli dönərdən zəhərlənmə hallarının səbəbini də açıqlayıb: "Dönərxanalarla əlaqədar ən çox zəhərlənmə faktlarının dönər hazırlayan şəxslərin qida ilə düzgün rəftar etməməsi səbəbindən baş verdiyini aşkarlamışıq. Yəni, bir sıra ərzaq məhsullarının saxlanma şəraitinə düzgün əməl etmirlər. Eyni zamanda ət və ət məhsulları, digər tez xarab olan məhsullarla təmasda olarkən sanitar-gigiyenik qaydaya riayət olunmur". Qeyd edək ki, ötən gün İmişlidə ev şəraitində hazırlanan konserv məhsulundan bir ailə zəhərlənib. Zəhərlənmə nəticəsində ailənin bir üzvü dünyasını dəyişib, iki nəfər isə xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/304858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR