Türkiyədə qızıl mədəninə gedən işçilər qəzaya düşdü

Türkiyədə İzmir şəhərinin Bergama rayonunda dəhşətli qəza baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Bergama-Ayvalık magistralında olub.

Xəbərdə bildirilir ki, qızıl mədəninə işçiləri aparan avtobusla yük maşını toqquşub.

Nəticədə, dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb. Hadisə yerinə tibbi yardım işçiləri cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR