“Etilen-polietilen” zavodunun etilen istehsalı 2 dəfədən çox artacaq

“Etilen-polietilen” zavodunun etilen istehsalı 2 dəfədən çox artacaq
15:22 13 Fevral 2020
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Modernləşdirmə işlər başa çatdıqdan sonra "Etilen-polietilen" zavodunun etilen üzrə istehsal gücü 2,3 dəfə artacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Etilen-polietilen" zavodunun baş mühəndisinin modernləşdirmə üzrə müavini Qadir Əliyev mətbuat üçün təşkil olunmuş tur zamanı deyib.

O bildirib ki, 2017-ci ildə "Etilen-polietilen" zavodunun etilen istehsalı təxminən 100-120 min ton təşkil edirdi:

"2017-ci ildə propilen istehsalı 80-100 min ton təşkil edirdisə, 2020-ci ildə bu göstərici 187 min tona bərabər olacaq".

Q.Əliyev əlavə edib ki, bu il zavodun illik istehsal gücü təxminən iki dəfə artacaq və 192 min ton təşkil edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/825588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR