"Real"a qalib gəlməsək, qovula bilərəm" - Qvardiola

"Real"a qalib gəlməsək, qovula bilərəm" - Qvardiola
15:52 13 Fevral 2020
220 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Real"la oyunla bağlı fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib ki, Madrid klubuna qalib gələ bilməsələr, istefaya göndərilə bilər: "Çempionlar Liqasını qazanmaq istəyirəm. Mən bunu arzulayıram  və növbəti iki həftə ərzində "Real"la oyuna hazırlığı səbirsizliklə gözləyirəm. Bu iki həftə ərzində mən  xoşbəxt olacağam. Əgər biz qalib gələ bilməsək, idman direktoru deyə bilər: "Bu, pisdir, Çempionlar Liqasını qazanmaq istəyirik, səni qovacağam".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 26-ı, cavab görüşü isə martın 17-i keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/825604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR