Ruhani istefaya gedir? –

İran Prezidenti Həsən Ruhaninin istefaya getməsiylə bağlı şayiələr yayılıb.

Metbuat.az xəbər verir ki, bu məlumatı “Əl Monitor” jurnalı yayıb. Jurnal bu şayiələrin parlamentin keçmiş mühafizəkar deputatı, SEPAH-a yaxınlığı ilə seçilən Əlirza Zakani tərəfindən yayıldığını bildirib.

Məlumata görə, məhz Zakani keçən həftə mühafizəkar siyasətçilərlə görüşündə hökumətin Trampla danışıqlara başlamağa nail olmayacağı halda Ruhaninin istefaya gedəcəyini söyləyib.

İran hakimiyyəti isə Prezident Həsən Ruhaninin istefaya getməsi ilə bağlı məlumatı təkzib edib. Hökumətin adından açıqlama verən İran Prezidentinin köməkçisi Əli Rabii Ruhaninin prezidentlik dönəminin sonuna qədər vəzifəsini tərk etməyəcəyini bildirib.(axar.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR