AzTV-də toplantı keçirilib

AzTV-də toplantı keçirilib
19:37 13 Fevral 2020
80 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) kollektiv toplantı keçirilib.
AzTV-dən "Report"a verilən məlumata görə, toplantıda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) rəsmisi Cəmilə Səttarova da iştirak edib.
Əvvəlcə QSC sədri Rövşən Məmmədov Azərbaycan Televiziyasının fevralın 14-də tamam olacaq 64 yaşı münasibətilə bütün kollektivi, xüsusən də veteran əməkdaşları təbrik edib, onlara milli televiziyanın formalaşması yolunda göstərdikləri fəaliyyətə görə təşəkkür edib.
R.Məmmədov qeyd edib ki, kollektivlə bu formatda görüş bundan sonra hər ay baş tutacaq.
“Kimin nə təklifi, arzusu varsa, bu görüşlərdə çox rahat formada müzakirə edəcəyik. Biz həmkarıq”, - deyən sədr AHİK rəsmisi C.Səttarova ilə toplantıdan əvvəl Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəaliyyəti ilə bağlı müzakirələri barədə də məlumat verib.
C.Səttarova isə çıxışında AzTV-də son 1 ildə baş verən yeniliklərdə həmkarların, əsasən də qurum əməkdaşlarının bütün məqamlarda işçi hüququnun yüksək səviyyədə təmin olunmasına diqqət çəkib: “Biz şadıq ki, AzTV-yə artıq belə bir rəhbər sədrlik edir. Bizim Rövşən müəllimlə bir çox birgə razılaşmalarımız oldu. 2020-2022-ci illəri əhatə edəcək növbəti sahə sazişinin imzalanmasından başqa, biz teleradio sahəsində həmkarlar üzrə iki beynəlxalq təşkilatın Azərbaycana dəvət edilməsi ilə bağlı da birgə qərara gəldik. Bundan başqa, fəal həmkarlar üçün birgə seminarlar da təşkil edəcəyik”.
Daha sonra QSC-nin bir qrup əməkdaşı AHİK tərəfindən təltif olunub.
















Xəbərin orijinal ünvanı: https://report.az/media/aztv-de-toplanti-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR