"Türkiyədə mahnını partlat, heç araşdıran olmayacaq, sən azərbaycanlısan, ərəbsən ya..."

"Türkiyədə mahnını partlat, heç araşdıran olmayacaq, sən azərbaycanlısan, ərəbsən ya..."
19:42 13 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Türkiyə əhalisinə görə Azərbaycandan qat-qat böyük ölkədir. Ona görə də burada məşhur olmaq Azərbaycandan daha çətindir. Bu istəyinə nail olmayanların isə bir bəhanəsi var: türklər azərbaycanlıları qəbul etmir, saymır, nə bilim daha nələr. Məncə, bu, Türkiyədə heç nə edə bilməyib, səbəb axtaranların bəhanəsidir.

Milli.Az  xəbər verir ki, bu sözləri mediapress.az-a hazırda Türkiyədə uğurlu solo fəaliyyət göstərən müğənni Nigar Muharrem deyib.

- Azərbaycan müğənnisi üçün Türkiyədə işləmək nə dərəcədə rahatdır? Çünki bəzi müğənnilərimiz iddia edir ki, orada azərbaycanlıları bəyənmirlər, bizim müğənniləri sıxışdırırlar. Hətta "onlar heç vaxt bizimkiləri qəbul etməyəcək" kimi stereotip var.

- Bu, belə olsaydı, mən artıq Türkiyənin 5 ərazisində konsert verə bilməzdim. Konsertin birinə 200, digərinə 800 nəfər gəlməzdi. Ən çox tamaşaçı "Sparta"da təşkil olunan konsertdə yığıldı. Məkan sahibi hətta dedi ki, bu 800 nəfər sırf sənə görə gələnlərdir. Yəni adəti üzrə bütün konsertlərə gələn tamaşaçılar deyil, sırf sənin dinləyicilərindir.

Doğrusu, heç burada məndən milliyət soruşan da yoxdur. Hətta azərbaycanlı olduğumu biləndə, bəziləri təəccüb də keçirir. Yəni dinləyici səni milli mənsubiyyətinlə deyil, mahnılarınla sevir. Mahnın sevilirsə, konsertin də olacaq, albomun da satılacaq.

Türkiyənin çörəyini yeyən Azərbaycan müğənnisi tək mən deyiləm ki. Məndən savayı 3-4 gənc müğənni xanım da burada sevilir. Hətta yalnız bir mahnısı ilə "partlayış" etmiş Aysel Əlizadə üçün burada konsertlər təşkil olunur, pullar qazandırırlar. Bu müğənnilərdən heç biri heç vaxt deməyəcək ki, Türkiyədə Azərbaycan müğənniləri qəbul olunmur, sevilmir, sıxışdırılır və ya digər bu kimi cəfəngiyyatları dilinə gətirməz də. Hamısı uğur əldə edə bilməyənlərin boş bəhanəsidir. Hər şey mahnıdan asılıdır. Sən Türkiyədə mahnını partlat, heç səni araşdıran olmayacaq, sən azərbaycanlısan, ərəbsən ya da daha kimsən. Əsas, mahnının uğurudur.

Şəxsən mən cəmi bir neçə aydır ki, burada rəsmi olaraq işləyirəm, gözəl də qarşılanıram, yaxşı da qazanıram. Üzümə xoş baxırlar ki, qazanıram ki, ailəmdən ayrı burada qalmağı qəbul etmişəm. Hazırda da növbəti konsertimə hazırlaşıram.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/825616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR