Gəncə sakinini elektrik cərəyanı vurub

13:57 17 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 13:55 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakinini elektrik cərəyanı vurub.

 

APA-nın qərb bürosunun məlumatına görə, şəhərin Natəvan qəsəbə sakini, 1985-ci il təvəllüdlü Mehman Həsənov elektrik vurma və üz nahiyəsinin yanması diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

 

Tibbi yardım nəticəsində M.Həsənovun həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin normal olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, M.Həsənov Gəncənin Hacıkənd qəsəbəsində yerdən metal parçaları toplayan zaman ehtiyatsızlıqdan əli transformatora dəyib və onu elektrik cərəyanı vurub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369464

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR