Google Maps xidməti yenilənib

Google Maps xidməti yenilənib
23:47 13 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Google şirkəti "Google Maps" xidmətinin 15 illiyi münasibətilə Android və iOS üçün nəzərdə tutulan tətbiqi yeniləyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Google Maps" xidməti yenilənərək yeni funksiyalara sahib olub.

Google rəsmilərin sözlərinə görə, tətbiq istifadəçilərin rahatlığı üçün uyğunlaşdırılıb. Hazırda xidmətin "Explore" bölməsində dünyanın 200 milyondan çox şəhəri haqqında məlumat tapmaq mümkündür. "Comute" bölməsində istifadəçilər A nöqtəsindən B nöqtəsinə getmək üçün ən yaxşı marşrutu görə və yol hərəkətinin hazırkı vəziyyətini öyrənə bilərlər. Tətbiqdə "for you" adlanan bölmə əlavə olunub, orada istifadəçilər müxtəlif tövsiyələrdən yararlana bilərlər.

Qeyd edək ki, şirkət "Google Maps" simvolunu da yeniləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR