Galaxy Buds Plus-ın xüsusiyyətləri və qiyməti bəlli oldu

Galaxy Buds Plus-ın xüsusiyyətləri və qiyməti bəlli oldu
23:52 13 Fevral 2020
145 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yeni bluetooth qulaqlıq modeli - Galaxy Buds Plus-ın xüsusiyyətləri və qiymətləri haqqında məlumatlar bəlli olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, bir və daha çox cihazla əlaqə qurma xüsusiyyəti olan Galaxy Buds Plus dizayna görə Galaxy Buds modelinə çox bənzəyir. Şarj qutusundakı 270mAh tutumu olan Galaxy Buds Plus modelinin 85 mAh tutumlu bir batareyaya sahib olacağı məlum olub. 3 dəqiqədə sürətli şarjla 60 dəqiqə istifadə oluna bilən Galaxy Buds Plus tək başına 11, şarj qutusu ilə 22 saat musiqi dinləmə xüsusiyyətini  istifadəçilərə təqdim edir.

Əvvəlki modellə müqayisədə daha uğurlu qulaqcıq modeli olacağı gözlənilən Galaxy Buds Plus modeli 149 dollar dəyərindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR