Dəməşq raket zərbəsinə məruz qaldı

Dəməşq raket zərbəsinə məruz qaldı
02:32 14 Fevral 2020
130 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri paytaxt Dəməşqə hücumun qarşısını alıb.
“Report” xəbər verir ki, bu barədə “Ikhbariya” dövlət kanalı bildirib.
Məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələri bir neçə raketi vurmağa nail olub.
Zərbələrin məhz hansı hərbi qüvvələr tərəfindən endirildiyi məlum deyil. Sonuncu dəfə Dəməşq fevralın 6-da hücuma məruz qalıb. Həmin vaxt İsrailin Hərbi Hava Qüvvələrinin dörd F-16 qırıcısısı ərəb respublikasının paytaxtına səkkiz raket zərbəsi endirib. Suriyanın hökumət qoşunlarının Hava Hücumundan Müdafiə qüvvələri buna cavab olaraq zenit-raket komplekslərini tətbiq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/demesq-raket-zerbesine-meruz-qaldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR