"Eurovision" mahnı müsabiqəsində Rumıniyanı təmsil edəcək ifaçı müəyyənləşib

"Eurovision" mahnı müsabiqəsində Rumıniyanı təmsil edəcək ifaçı müəyyənləşib
07:05 14 Fevral 2020
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu ilin mayında Niderlandın Rotterdam şəhərində keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rumıniyanı Roxen adlı xanım ifaçı təmsil edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Roxen "Eurovision"da ölkəni təmsil edəcək şəxsin müəyyənləşdirilməsi üçün keçirilən milli seçim müsabiqəsinin qalibi olub.

Kluj şəhərində doğulan ifaçı musiqi ilə məşğul olmağa 7 yaşından başlayıb. O, bir neçə müsabiqələrin qalibi olub və məşhurlaşıb. Onun "Ce-ti canta dragostea" mahnısına çəkdiyi klip "YouTube" platformasında 8,8 milyon baxış toplayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR