ABŞ İranın silahlarını ələ keçirdi - Husilərə gedirmiş

ABŞ Ərəbistan dənizində İranın silahla dolu qayığını ələ keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb. Qayıqda incələmələrə davam edildiyi qeyd olunan açıqlamada qayıqda yüzlərlə müstəlif növ raketin olduğu bildirilib.

Qeyd edilib ki, bu silahlar ötən il noyabrın 25-də ABŞ-ın ələ keçirdiyi silahlarla eynidir. Silahların ABŞ-ın əlində olduğu vurğulanan məlumatda yazılıb ki, bu silahların İrandan gəldiyi və Yəməndəki Husilərə getdiyi düşünülür və bu BMT-nin Husilərə silah satılması, çatdırılması və tədarük edilməsi qadağalarına ziddir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR