Türk ordusu yenidən HƏRƏKƏTƏ KEÇDİ - Sərhəd bölgəsinə hərbi qüvvə yeridildi

Türk ordusu yenidən HƏRƏKƏTƏ KEÇDİ - Sərhəd bölgəsinə hərbi qüvvə yeridildi
09:38 14 Fevral 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın İdlib şəhərinə Rusiya dəstəkli Bəşər Əsəd rejiminin hücumları davam edir.

Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri iki ölkənin sərhəd zonasında yerləşən bölüklərinə tank və hərbi avtomobil göndərib. Çox sayda əsgər də konvoyda yer alıb.

Milli Müdafiə naziri Hulusi Akarın NATO konfransında bölgədə atəşkəsin təmin edilməsi və daimi olması məqsədilə hərbi ehtiyatın göndərilməsinə davam ediləcəyini açıqlamasından sonra proses sürətləndirilib. Əlavə hərbi qüvvələr və silah ehtiyatı ehtiyac olduğu təqdirdə İdlib şəhərinə istiqamətləndiriləcək.

Qeyd edək ki, Türk ordusunun İdlibdəki 4 müşahidə məntəqəsi Əsəd birliklərinin mühasirəsi altındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rejimin ayın sonuna qədər geri çəkilməyəcəyi təqdirdə böyük hərbi hərəkat başladacağını dilə gətirib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/304938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR