Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO
12:27 14 Fevral 2020
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, respublikanın əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev ömrünün 77-ci ilində vəfat edib.

Qeyd edək ki, Şirin Rzayev 1942-ci il aprel ayının 25-də Gəncə şəhərində anadan olub. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor-dirijorluğu fakültəsini əla diplomla bitirib. 1968-1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaratmış və onun baş dirijoru kimi 1980-ci illərin sonunadək fəaliyyət göstərib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/825904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR