İmişlidə polis əməliyyat keçirdi, saxlanılanlar var

İmişlidə polis əməliyyat keçirdi, saxlanılanlar var
12:42 14 Fevral 2020
98 Digər
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.
Nəticədə rayonun Çaxırlı kəndi ərazisində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sultanov Bəhlul Bəhram oğlu və Xaçmaz rayon sakini,  1988-ci il təvəllüdlü Abbasov Vüqar Tahirmirzə oğlu saxlanlıb.
Əməliyat zamanı B.Sultanovun idarə etdiyi 90-GR-062 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilə baxış keçirilən zaman külli miqdarda yəni 2 kq 735 qram narkotik vasitə olan heroin və 835 qram metefatamin aşkar edilib. 
Hazırda faktla bağlı cinayət işi açılıb istintaq davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-polis-emeliyyat-kecirdi-saxlanilanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR