Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 99 ev alıb

Bu ilin yanvar ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 99 (ötən ilin müvafiq ayında 95) daşınmaz əmlak alıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat verib. Bununla da Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (739), İran (678) və Rusiya (254) sıralanıb. Ümumilikdə, xaricilər Türkiyədə bu ilin yanvar ayı ərzində 3 945 ev alışı həyata keçirib.

Xatırladaq ki, azərbaycanlılar ötən il Türkiyədə 1 191 ev alıblar ki, bu da 2018-ci il ilə müqayisədə 59 ədəd və ya 4,7% azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR