Avstraliya yanğınları başa çatdı - RƏSMİ

Avstraliya yanğınları başa çatdı - RƏSMİ
13:08 14 Fevral 2020
275 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyanın Yeni Cənubi Uels əyalətində 6 ay əvvəl başlayan və daha sonra Kuinlənd, Viktoriya və Cənubi Avstraliya əyalətlərinə yayılan meşə yanğınları lokallaşıb.

Publika.az xəbər verir ki, bölgədə yağan intensiv yağışlar nəticəsində yanğınların əksər hissəsi sönüb.

Cənubi Ules Yanğınsöndürmə Xidmətindən verilən açıqlamada əyalət miqyasında 10 gündür davam edən yağışların yanğınsöndürənlərin işini asanlaşdırdığı bildirilib: “24 nöqtədə yanğın nəzarətə götürülüb. Bu nöqtəyə gələ bilmək üçün təcili yardımlar, xalq və yanğınsöndürənlər gecə-gündüz işləyib”.

Yeni edək ki, yanğınlarda 33 nəfər dünyasını dəyişib, 11 milyon hektar ərazi yanıb. 3 mindən çox ev kül olub. 1,25 milyarda yaxın heyvan zərər çəkib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/304959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR