Ermənistanda hərbi maşın aşıb: 6 əsgər yaralanıb

Ermənistanda hərbçilərin olduğu nəqliyyat vasitəsi qəzaya düşüb.

Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, fevralın 13-də Muratsan hərbi hospitalından Sisyana əsgər aparan avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.

Nəticədə avtomobildə olan 6 əsgər yaralanıb. Xəstəxanaya çatdırılan əsgərlərin üçünün vəziyyəti ağırdır.

Qəzanın baş verməsinə yolların buz bağlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR