DƏHŞƏTLİ PARTLAYIŞ: 5 şagird öldü, 4 yaralı var

DƏHŞƏTLİ PARTLAYIŞ: 5 şagird öldü, 4 yaralı var
14:43 14 Fevral 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın şimalındakı Kunduz əyalətində fəaliyyət göstərən mədrəsədə partlayış olub.

Publika.az xəbər verir ki, nəticədə 5 azyaşlı həlak olub, 4-ü yaralanıb.

Bu barədə "Tolo News" kanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verib. Kanalın xəbərinə görə, partlayış ABŞ-ın Taliban qruplaşması ilə barışıq sazişi bağlamaq səyləri fonunda baş verib.

Partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo son bir neçə gündə ABŞ və Taliban danışıqlarında olduqca əhəmiyyətli bir irəliləyiş əldə edildiyini bildirmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/304972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR