Gürcüstanda sərnişin qatarında yanğın - Sərnişinlər təxliyə edilib

Gürcüstanda sərnişin qatarında yanğın - Sərnişinlər təxliyə edilib
14:47 14 Fevral 2020
277 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğına kontakt şəbəkəsində baş verən qısaqapanma səbəb olub.

Qəza nəticəsində qatarın hərəkəti dayandırılıb və sərnişinlər alternativ yolla təyinat məntəqəsinə çatdırılıblar.

Sərnişinlər qatardan təxliyə edilib. Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.

Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/825961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR