ABŞ ordusunda hicab və saqqal qadağası götürüldü

ABŞ Hərbi Hava Qüvvələrində hicab və saqqal saxlamaq bundan sonra sərbəst olacaq.

Metbuat.az "cnn.com"a istinadən xəbər verir ki, ordudakı dini müxtəliflilik şərtlərini dəstəkləmək üçün müsəlmanların saqqal saxlamasına, hicab geyinməsinə dair qaydalar yenilənib. "Sadə və göstərişsiz" olmaq şərti ilə dini geyimlərə icazə veriləcək.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri əvvəlki illərdə bəzi əsgərlərin saqqal saxlamasına icazə vermişdi. Əbdül Rəhman Qaitan adlı çavuş 2018-ci ildə saqqal saxlayan ilk müsəlman olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR