Mobil telefonları gizli yolla ölkəyə keçirməyə çalışdılar

Mobil telefonları gizli yolla ölkəyə keçirməyə çalışdılar
16:05 14 Fevral 2020
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21013" markalı minik nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Milli.Az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, vətəndaşın üzərində 10 ədəd "Samsung Galaxy A10 S" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/825931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR