41 gün ayılmadan yatan oğlanın qəribə xəstəliyi

41 gün ayılmadan yatan oğlanın qəribə xəstəliyi
22:12 14 Fevral 2020
127 Maraqlı
Ölkə mətbuatı
A- A+

21 yaşlı oğlan 41 gün ərzində yataraq ayılmayıb və öz ad gününü də ötürüb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, o nadir nevroloji sindromdan əziyyət çəkir.

Medicina.az xəbər verir ki, hipersomniya adlanan uzun müddət yuxuda olmaq bir çox sindromlarda baş verir.

Avstraliya sakini 21 yaşlı Harrinin xəstəliyi isə Kleyn-Levin sindromudur. Bunun el arasında adı "Yatmış gözəldir".

Xəstələr bir neçə gündən bir neçə aya kimi davam edə bilən yuxu epizodlarına düşə bilir.

Sindromdan uşaqlar və yeniyetmələr daha çox əziyyət çəkir.

Budəfəki yuxuya getmə Harrinin həyatında ən uzun müddət olub, o 41 gün yatıb.

Uzun günlər yatdığı dövrdə o, bir dəfə ad gününü, bir dəfə də Yeni il bayramını yuxuda keçirib.

Harri deyir ki, yuxunun gəldiyi gündə o özünü zombi kimi hiss edir, nə etdiyini unudur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR