28 yaşlı oğlan başından bıçaqlandı

28 yaşlı oğlan başından bıçaqlandı
22:52 14 Fevral 2020
104 Ölkə
Ölkə mətbuatı
A- A+

31 yaşlı kişi həmkəndlisini başından bıçaqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Zaqatalanın Qandax kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Kərimov şəxsi münaqişə zəminində həmkəndlisi 28 yaşlı Fərid Süleymanovu başından bıçaqlayıb. 

Fərid Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/826060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR