"Zirə" ilk arzusunda, "Sabah"ın Sumqayıt səfəri -

"Zirə" ilk arzusunda, "Sabah"ın Sumqayıt səfəri -
08:22 15 Fevral 2020
149 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında XVII tura start verilir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu gün ilk iki görüş keçiriləcək.

Oyunlardan biri Bakıda, digəri Sumqayıtda olacaq. Paytaxtdakı qarşılaşmada lider "Qarabağ" qış fasiləsində xeyli güclənən "Zirə"nin qonağı olacaq.

Yarandığı 2015-ci ildən bəri Ağdam təmsilçisi üzərində qələbəyə həsrət olan qəsəbə təmsilçisi tilsimi qırmağa çalışacaq. Əks halda, bakılılar nəinki 4-cü yerdən uzaqlaşa, hətta aşağı pillələrdəki komandaların yaxınlaşmasına səbəb ola bilər. "Qarabağ" səfərdə oynamasına baxmayaraq, heyətində xeyli itkiləri olan "Zirə" önündə favoritdir.

2020-ci ilə uğurlu start götürərək 4-cü pilləni ələ keçirən "Sumqayıt" ardıcıl ikinci dəfə doğma arenasında mübarizə aparacaq. "Kimyaçılar" qış fasiləsində yeni transferlərlə diqqət çəkən "Sabah"la üz-üzə gələcək. "Sumqayıt" qalib gəlməklə həm "Zirə"dən bir qədər uzaqlaşmağı, həm də ilk "üçlüy"ə yaxınlaşmağı planlaşdırır. "Sabah" isə avrokubok barədə düşünürsə, qələbədən başqa yolu yoxdur.

Qeyd edək ki, turun "Neftçi" - "Keşlə" və "Səbail" - "Qəbələ" oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
XVII tur
15 fevral (şənbə)
15:00. "Zirə" -" Qarabağ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

17:00. "Sumqayıt" - "Sabah"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
"Kapital Bank Arena"

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

10

5

1

25-7

35

2

Neftçi

16

7

6

3

23-12

27

3

Keşlə

16

7

5

4

20-14

26

4

Sumqayıt

16

6

4

6

21-22

22

5

Zirə

16

5

5

6

21-24

20

6

Sabah

16

4

4

8

17-22

16

7

Səbail

16

4

3

9

11-25

15

8

Qəbələ

16

3

4

9

17-29

13

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Stiven Monroz ("Neftçi") - 6 qol.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/826073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR