Zərifdən kritik açıqlama: "ABŞ-la müharibəyə..."

Zərifdən kritik açıqlama: "ABŞ-la müharibəyə..."
08:23 15 Fevral 2020
86 Digər
Ölkə mətbuatı
A- A+

General Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-la İran müharibəyə çox yaxınlaşmışdı.

Publika.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib:

“Döyüş meydanında Süleymaniyə müqavimət göstərə bilmədilər, buna görə gecənin qaranlığında pilotsuz uçuş aparatı (PUA) vasitəsi ilə atəş açdılar. Müharibəyə çox yaxın idik. İran, Süleymaniyə qarşı əməliyyatın keçirildiyi hərbi bazaya hava zərbələri endirdi".

Nazir bildirib:

"ABŞ-a göstərmək istəyirdik ki, Amerika İranı təqib edilə bilməz və ölkəmizə qarşı hər hansı bir hərəkət cavabsız qalmayacaq. Hesab edirəm ki, ABŞ administrasiyası İranla əlaqəli yanlış təsəvvürlərin və məlumatların nəticələrindən əziyyət çəkir. İnanıram ki, bu fəlakətə səbəb olacaq”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/305036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR