Keti Perri hamilədir - FOTO

Keti Perri hamilədir - FOTO
09:17 15 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor Orlando Blumun nişanlısı, müğənni Keti Perri hamilədir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl 35 yaşlı ifaçı Los-Ancelesdə Cimmi Kimmelin şousuna gedərkən paparatsilər tərəfindən görüntülənmişdi. Mərcan rəngli kostyumda olan Perrinin şişmiş qarını və düyməsinin aralı qalması diqqət çəkmişdi.

Bu günlərdə isə müğənni "American İdol" şousunun təqdimatına qatılıb. Açıq-çəhrayı və gümüşü tonlarda boş libas geyinən Ketinin bu seçimi yayılan məlumatları daha da gücləndirib.

Qeyd edək ki, cütlük bir il əvvəl nişanlanıb.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR