Masallıda ikimərtəbəli ev yandı

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 260 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 210 m² sahədə yanıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR