Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT
09:52 15 Fevral 2020
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Elşən Əzizov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Sabirabad rayonu DYP rəisi vəzifəsinə təyin olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/826111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR