Təhsil naziri: “Prezidentin son sərəncamı müəllim peşəsinə diqqətin ən bariz nümunəsidir”

14:02 17 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 13:56 ]


Bakı. Fərid Mirzəyev - APA. “Təhsil sisteminin gücü bu sistemdə çalışan müəllimlərin gücündən asılıdır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən mətbuat konfransında deyib.


M.Cabbarov prezident İlham Əliyevin dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə imzaladığı sərəncamı müəllim peşəsinə diqqətin ən bariz nümunəsi adlandırıb.


Təhsil naziri qeyd edib ki, kənd məktəblərində vakansiyalarının sayında azalma müşahidə olunub: “Azərbaycanın ucqar kəndlərində çalışan müəllimlərin əmək haqlarında və əlavə ödənişlərində irəliləyişlər var”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR