Azərbaycanda bahalaşma gözlənilir? - Ekspert ŞƏRHİ / FOTO

"Yaxın günlərdə Azərbaycanı bahalaşma gözləyir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı mütəxəsisi Vahid Məhərrəmli koronavirusla əlaqədar bəzi ərzaq məhsullarının Azərbaycana gətirilməsinə qoyulan qadağadan danışarkən deyib.

Onun sözlərinə görə, ölkənin ərzaq təminatında 50% asılılıq var:

"Azərbaycana digər ölkələrdən gətirilən malların idxalına qadağa tətbiq ediləcəksə, bu o demək deyil ki, daxildə həmin məhsulları əvəzləyəcək məshsul istehsal olunacaq. Xeyr, bu mümkin deyil. Deməli, malın qiymətində bahalaşma baş verəcək. Onsuz da Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının qiyməti digər ölkələrə nisbətən yüksəkdir. Bundan əlavə, əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Əlbəttə, bu qiymət artımına gətirəcək.

Ona görə ki, yalnız Azərbaycan deyil, Rusiya da həmin ölkələrdən idxala qadağa qoyub. Biz də bəzi məhsulları Rusiyadan alırıq. Belə olan halda Rusiya çalışacaq ki, öz daxili təlabatını ödəsin. Yəni, ixrac imkanı olmayacaq. Bu da daxildə məhsul az olduğu üçün qiymətlərin sürətli artımına gətirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR