Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, hadisə gecə klublarının birində qeydə alınıb.
1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rəfael oğlu tanımadığı şəxslərlə mübahisə zamanı döyülüb.
O, ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Apa)