Pele: "Yaşamaq uğrunda vuruşuram"

Pele: "Yaşamaq uğrunda vuruşuram"
12:02 15 Fevral 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

Futbol tarixində yeganə üçqat dünya çempionu olan Pele səhhətindən danışıb. 
“Report” BBC-yə istinadən xəbər verir ki, əfsanəvi idmançı yaşamaq uğrunda çətin mübarizəyə başladığını bildirib.
O, hazırda özünü yaxşı hiss etdiyini söyləyib: "Fiziki məhdudiyyətlərimi mümkün qədər yaxşı qəbul etməkdəyəm. Amma özümü qaydasında saxlamaq fikrindəyəm. Həmişəki məşğuliyyətlərimlə bağlı öhdəliklərimi yerinə yetirməkdən boyun qaçırmıram. Yaxşı vaxtlarım da olur, pis vaxtlarım da. Bu da mənim yaşımda biri üçün normaldır. Qorxub çəkinmirəm, etdiklərimdən arxayınam”.
Ötən il sidik infeksiyası ilə xəstəxanaya yerləşdirilmiş 79 yaşlı Pele bu yaxınlarda bud-çanaq oynağını dəyişdirmək üçün əməliyyat keçirib və hazırda hərəkətdən qalıb. Pele 21 illik futbolçu karyerasında 1363 oyunda 1281, o cümlədən, Braziliya millisinin heyətində 91 matçda 77 qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/pele-yasamaq-ugrunda-vurusuram

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR