ABŞ-da koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq

ABŞ-da koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq
12:12 15 Fevral 2020
281 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın beş böyük əczaçılıq şirkəti noyabr ayına qədər yeni növ koronavirusa qarşı 150 milyon peyvənd hazırlamağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin ticarət müşaviri Piter Navarro bildirib.

"ABŞ-dakı beş böyük şirkət, Manhettenlə (nüvə silahının yaradılması - red.) eyni miqyaslı layihə ilə məşğuldur. Ümid edək ki, bu ilin noyabr ayına qədər 150 milyon peyvənd dozamız hazır olacaq. Planın icrası çox səy və tədqiqat tələb edir", - P.Navarro deyib.

P.Navarro peyvəndlərin sertifikatlaşdırılması üçün ABŞ-ın Qida və Dərmanların keyfiyyətinə nəzarət İdarəsinin icazəsinin tələb ediləcəyini xatırladıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR