Rusiyalı idmançılar dopinqə görə diskvalifikasiya olundular

Rusiyalı idmançılar dopinqə görə diskvalifikasiya olundular
14:42 15 Fevral 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyalı biatlonçular Yevgeni Ustüqov və Svetlana Sleptsovanın dopinqdən istifadə etdikləri sübuta yetirilib.
"Report"un məlumatına görə, bu barədə Rusiya Antidopinq Agentliyi (RUSADA) xəbər yayıb.
Bildirilib ki, hər iki idmançının olimpiya oyunlarındakı nəticələri ləğv olunub. Ustüqov 2014-cü il Soçi, Septsova isə 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında qazandığı qızıl medallardan məhrum edilib. Hər iki idmançı 2 il müddətinə yarışlardan diskvalifikasiya olunub.
Qeyd edək ki, Ustüqovun komanda yoldaşları - Aleksey Volkov, Dmitri Malışko və Anton Şipulinin də dopinqdən istifadəyə görə cəzalandırılacağı bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/onlarin-dopinqden-istifeda-etdikleri-subuta-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR