Argentinada yeni növ dinozavr qalıqları tapıldı

Argentinada yeni növ dinozavr qalıqları tapıldı
15:05 15 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Paleontoloqlar Argentinanın Pataqoniya bölgəsində yeni növ yırtıcı dinozavrın qalıqlarını aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu dinozavrlar Pataqoniyada 90 milyon il əvvəl yaşayıblar.

Paleontoloqlar dinozavrın üst çənəsini, boyun qabırğalarını, ayaq və quyruğunun bir hissəsini tapıblar.

Rio-Neqro əyalətində tapılan yeni dinozavra "Tralkasaurus cuyi" adını veriblər.

Tralkasaurus yerli mapuçe hindularının dilindən tərcümədə "şimşək kələzi" mənasını daşıyır. Cuyi sözü isə dinozavrın tapıldığı El-Kuy vadisi ilə bağlıdır.

Alimlərin fikrinə görə, bu dinozavrın uzunluğu dörd metr təşkil edib.

Ehtimal edilir ki, o iquanadon, tısbağa və kərtənkələlərlə qidalanırmış.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR