“Çəkdiyimiz əziyyətlər yerə vurulmamalıdır” -

Kimlərsə Mərkəzi Seçki Komissiyasının (MSK) və polisin fəaliyyətinə kölgə salmağa çalışır.

Metbuat.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

“Mən inanmıram ki, hansısa Azərbayacan vətəndaşı bunu istəsin. Bizim çəkdiyimiz əziyyətlər yerə vurulmamalıdır. Biz şikayətçilərin tərəfindəyik. Heç kim sosial şəbəkələrdə yayılan məlumatların obyektiv araşdırılmasına şübhə etməsin. Şikayətçilər bizə əsas versinlər ki, müvafiq qərarlar qəbul edək”, - deyə MSK sədri vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR