"Seksuallığını göstərib, özünə müştəri axtarır" -

Gənc müğənni Sevinc Musayeva YeniÇağ-ın "Ulduzlu qonaq" layihəsinə müsahibə verib.

Metbuat.az xəbər verir ki, Atasını itirən və həyatın ağır zərbəsini alan sənətçi hələ də özünə gələ bilmədiyini deyib.

Müğənni şou-biznes aləmində baş alıb gedən qalmaqallara, dedi-qodulara münasibət bildirib, açıq-saçıq görüntüləri ilə gündəmə gələn həmkarlarından danışıb:

“Günah onları ulduz edənlərdədir. Onların çoxu sənətdən çox seksuallığını göstərir. Elə geyinib oxuyur ki, özünə müştəri tapsın. Təəssüf ki, zövqsüz müğənniləri indi daha çox sevirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR