Naxçıvan sakini polis idarəsinə silah-sursatı gətirdi

Naxçıvan sakini polis idarəsinə silah-sursatı gətirdi
14:03 17 Yanvar 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvanın Əliabad qəsəbə sakini Xuda İsmayılov tapdığı 1 ədəd “ORTSAN” markalı ov tüfəngini, 1 ədəd “Magnum” markalı qaz tapançasını, 1 ədəd “F-1” qumbarasını, 2244 ədəd müxtəlif çaplı patronları və 4 ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2354390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR