Ayxan Abbasov: "Arxayınlıq zəifliyimizdir"

Ayxan Abbasov: "Arxayınlıq zəifliyimizdir"
19:47 15 Fevral 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

"Önəmli həftə idi. Xal fərqini artıra bilərdik. Yuxarı pillələrə yaxınlaşmaq şansımız var idi. Rəqibi tanıyırdıq. Futbolçulara da demişdik ki, son oyunlarda kompakt oynayırlar. Bu gün də fərqli sistemdə oynadılar. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Bəzi futbolçuların oyunları alınmadı".
"Report" xəbər verir ki, bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Sabah" komandasına 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.
Hər dəfə yaxşı oynamağın mümkün olmadığını deyən gənc mütəxəssis bu matçdan dərs çıxarmağa çalışacaqlarını bildirib: "Bu gün arxayınlaşma yox idi. 1 qələbədən sonra arxayınlaşırıqsa, bu, bizim zəifliyimizdir. Rəqib nə "Neftçi", nə də "Zirə" kimi oynadı. Müdafiədə yaxşı idilər. Əks hücumlara bel bağlayırdılar. Əsas odur ki, bu, sonuncu olsun. Gələn tur səfərdə "Qarabağ"la vacib oyunumuz var".
Abbasov məğlubiyyətə rəğmən, sərəncamındakı futbolçulara inam ifadə edib: "Oyunumuza elə də bərbad deməzdim. Hücumlarımız da var idi, ancaq az idi. Burda günahkar axtarmıram. Bu futbolçulara inanıram. Futbolçuların çoxu ən yaxın izləyicimiz "Zirə"nin "Qarabağ"a 0:6 hesabı ilə uduzduğunu bilmirdi. Bu gün istədiyimiz hücumu qura bilmədik. Hər komanda bütün oyunlarda qalib gəlmək istəyir".
Azərbaycanlı mütəxəssis milli komandanın baş məşqçi postuna namizədlər arasında yerlilərin olmamasına özünün cavab verməsini düzgün saymayıb: "Bu işə cavabdeh olanlar var. Gələn baş məşqçiyə də uğurlar arzu edəcəyik. Çünki bu milli komanda hamımızındır".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ayxan-abbasov-arxayinliq-zeifliyimizdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR