Bakıda ata və oğlu yol qəzasında xəsarət aldı

Bakıda ata və oğlu yol qəzasında xəsarət aldı
19:52 15 Fevral 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Qala qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində Beyləqan rayon sakinləri - 1965-ci il təvəllüdlü Quliyev İsgəndər Aslan oğlu və oğlu, 1990-cı il təvəllüdlü Quliyev İslam İsgəndər oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. İ.Quliyevə sağ əlin, döş qəfəsinin travması, İslam Quliyevə isə döş qəfəsinin travması diaqnozları qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-ata-ve-oglu-yol-qezasinda-xesaret-aldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR