Ermənini üstələyən Nazim Babayev qızıl medal qazanıb

Ermənini üstələyən Nazim Babayev qızıl medal qazanıb
20:17 15 Fevral 2020
98 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilən 25-ci Balkan çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 23 yaşlı idmançı üç təkanla 16,92 metr tullanmağı bacarıb. O, Ermənistan təmsilçisi Levon Ağasyanı 0,48 metr, Gürcüstandan olan Laşa Qulelaurini isə 0,63 metr üstələyib.
Azərbaycanın daha bir medalını Yekaterina Sarıyeva əldə edib. O, qadınların yarışında üç təkanla 13,50 metr tullanmağı bacararaq, bürünc medala sahib olub. Sarıyeva həm də yeni qış Azərbaycan rekordu müəyyənləşdirib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/ermenini-usteleyen-nazim-babayev-qizil-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR