Azərbaycan təmsilçisi ötən ilin ən yaxşı kişi triatlonçusu sayıldı

Azərbaycan təmsilçisi ötən ilin ən yaxşı kişi triatlonçusu sayıldı
23:57 15 Fevral 2020
114 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan təmsilçisi Rostislav Pevtsov 2019-cu ilin ən yaxşı kişi triatlonçusu sayılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, mükafatlandırma mərasimi Belarusun paytaxtı Minskdə Avropa Triatlon İttifaqının sayca 15-ci konfransına həsr olunmuş Qala gecədə gerçəkləşib.

2016-cı ildə Avropa Kubokunun, eyni zamanda, Avropa çempionatının gümüş və bürünc mükafatçısı, Ümumdünya Çimərlik Oyunlarının qalibi bu mübarizədə böyük britaniyalı Sem Dikinson və Ben Diykstranı geridə qoymağı bacarıb.


Azərbaycan dövlətinə, Triatlon Federasiyasına dərin təşəkkürünü bildirən Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarına ciddi hazırlaşacağını və bu qələbənin onun üçün böyük stimul olacağını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-temsilcisi-oten-ilin-en-yaxsi-kisi-triatloncusu-sayildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR