Britaniyada 350 reys TƏXİRƏ SALINDI

Britaniyada 350 reys TƏXİRƏ SALINDI
05:38 16 Fevral 2020
476 Digər
Ölkə mətbuatı
A- A+

"Siyara" fırtınasından sonra indi də "Denis" qasırğası Böyük Britaniyada tüğyan edir.

Publika.az xəbər verir ki, “Easy Jet” və Britaniya Hava Yolları şirkətləri 350-dən çox uçuşu təxirə salıb və ya ləğv edib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dəmir yollarının da iş qrafikində dəyişikliklər olacaq.

Ölkənin Müdafiə Nazirliyinin əsgərləri daşqınlara qarşı müdafiə bəndləri qurmağa səfərbər edilib.

Əlverişsiz hava şəraiti səbəbindən Şotlandiya və Uelsdə bir çox idman yarışları təxirə salınıb.

Britaniya Hidrometeorologiya Mərkəzi ölkə ərazisində yüzlərlə daşqın xəbərdarlığı elan edib.//Axar.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/305117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR